COP29

“Təzyiq altında qalmaqla heç nə düzəlməyəcək”

28 Sentyabr 19:40 Neftçi 248
“Təzyiq altında qalmaqla heç nə düzəlməyəcək”

“Təzyiq altında qalmaqla heç nə düzəlməyəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Höccət Haqverdi deyib.

Mililəşduririlmiş oyunçu Premyer Liqanın gedişini dəyərləndirib. O, yeni mövsümün ağrılı-acılı keçdiyini, çətin dönəmi adlatmaq üçün çalışdıqlarını bildirib.

2022-ci ildən ağ-qara formanaı geyinən Haqverdi çıxış yolunu bunda görür:

“Birlik və xarakter nümayiş etdirməliyik. Ən əsası, öz gücümüzə inanmalı və bu durumdan çıxmalıyıq.

Komandamızın səviyyəli futbolçuları var. potensialımız böyükdür. Bir qələbə qazansaq, arxası gələcək”.

“Neftçi” çempionatın ilk 8 həftəsində qələbə qazana bilməyib. Aktivində 4 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti