COP29

"Neftçi" "Fənərbağça"nın sabiq baş məşqçisinə 1,5 milyonluq təklif göndərib?

28 Sentyabr 00:30 Neftçi 4 256
"Neftçi" "Fənərbağça"nın sabiq baş məşqçisinə 1,5 milyonluq təklif göndərib?

"Fənərbağça"nın sabiq baş məşqçisi İsmayıl Kartal Azərbaycanda işləmək istəməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ahmet Ercanlar yutub kanalında danışıb:

"İsmayıl hoca ilə mənim qədər münasibəti yaxşı olan kimsə yoxdur. O, İran və Azərbaycandan təkliflər aldı - "İstiqlal" və "Neftçi" klublarından.

Maliyyə şərtləri də çox yaxşı idi. "İstiqlal" ona illik 1,5 milyon dollar ödəməyə hazır idi,

"Neftçi" də oxşar məbləği gözdən keçirirdi. İsmayıl hoca hər iki təklifi geri çevirdi. Səbəb?

Mənə dedi ki, çempionluğa oynayan komanda istəyir. Azərbaycanda "Qarabağ"ın dəstəkləndiyini, orada xüsusi vəziyyətin olduğunu söylədi".

63 yaşlı baş məşqçi son olaraq ötən mövsüm “Fənərbağça”nı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti