COP29

"Neftçi"nin transfer etməyə hazırlaşdığı legionerin adı bizdə!

27 Sentyabr 11:40 Neftçi 4 588
"Neftçi"nin transfer etməyə hazırlaşdığı legionerin adı bizdə!

Mussa Kone.

Bu, «Neftçi»nin heyətinə qatmağa hazırlaşdığı legionerdir.

Səhər saatlarında anons etdiyimiz kimi, «ağ-qaralar» yeni transfer əməliyyatına baş vurub.

Kone qanalıdır və 27 yaşı var. Futbolda ilk addımlarını Seneqalda - Dakar Sakre-Kёrda başlayan hücumçu 2016-2018-ci illəri İsveçrədə keçirib,

«Sürix»in formasını geyinib. Daha sonra Almaniyaya yollanıb,

2 il Drezden «Dinamo»sunun uğurları üçün tər töküb. 2020-ci ildə Fransadan dəvət alıb,

3 mövsüm də «Nim»in şərəfini qoruyub. Həmin arada QASK-a icarəyə verilib və 1 il də Avstriyada qalıb.

Bu ilin əvvəlində isə Slovakiyaya üz tutub, «DAK-1904»lə anlaşıb.

Kone Konfrans Liqasının ikinci təsnifat mərhələsində «Zirə»nin rəqibi olmuş komandada cəmi 1 oyun keçirib.

Adıçəkilən forvard Seneqalın U-20 yığmasında 11 dəfə meydana çıxıb və 3 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti