COP29

Emin Mahmudovun “Neftçi”dən ayrıla bilməməsinin səbəbi nədir?

26 Sentyabr 00:50 Neftçi 1 202
Emin Mahmudovun “Neftçi”dən ayrıla bilməməsinin səbəbi nədir?

2017-ci ildən "Neftçi"nin şərəfini qoruyan Emin Mahmudov komandanı tərk edəcəyi təqdirdə qış "transfer pəncərəsi"nədək Azərbaycan Premyer Liqasında çıxış edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, səbəb Emin Mahmudovun kapitanlıq sarğısı əlindən alındığı üçün əsas heyətdə oynamaqdan imtina etməsidir.

Ancaq maraqlıdır ki, Emin Mahmudov "Neftçi" klubunu tərk edəcəyi təqdirdə Azərbaycan Premyer Liqasında çıxış edə bilməmək problemi ilə üzləşib.

Belə ki, sentyabr ayının 16-nadək azad agent statusu almış futbolçu transfer olunacağı komandada çıxış edə bilər.

Amma futbolçu sentyabr ayının 16-dan sonra hər hansısa bir klubda oynamış olarsa, başqa bir komandaya keçəcəyi təqdirdə qış transferi pəncərəsinədək Azərbaycan Premyer Liqasında çıxış edə bilməz.

Məhz bu səbəbdən, Emin Mahmudov risk almaqdan imtina edib və qış transferi pəncərəsinədək "Neftçi" ilə yola davam etmək məcburiyyətində qalıb.

Azərbaycan Premyer Liqasında ən yüksək maaşa sahib olan da elə Emin Mahmudovun özüdür. 2017-ci ildən bəri "ağ-qaralar"ın şərəfini qoruyan yarımmüdafiəçi illik 500 000 manat maaşa sahibdir.

Emin Mahmudov Azərbaycan Premyer Liqasında ümumilikdə 189 oyunda meydana çıxıb və 41 dəfə fərqlənib. Təcrübəli yarımmüdafiəçi 48 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti