COP29

Emin Mahmudov qərarını verdi: “Neftçi”də qalır, yoxsa..? – SON DƏQİQƏ

25 Sentyabr 13:00 Neftçi 6 019
Emin Mahmudov qərarını verdi: “Neftçi”də qalır, yoxsa..? – SON DƏQİQƏ

Emin Mahmudov «Neftçi» ilə bağlı növbəti qərarını verib.

2017-ci ildən paytaxt təmsilçisinin formasını geyinən yarımmüdafiəçi ən azı qış fasiləsinədək düşərgədə qalacaq.

Millinin də şərəfini qoruyan orta sahə oyunçusu məhz onda qəti mövqeyini açıqlayacaq - ya qalacaq, ya gedəcək.

Məlum olduğu kimi, yaxınlarda kapitan sarğısı əlindən alınan Emin Roman Qriqorçukun qərarından narazı qalıb.

O, bazubəndin qolundan açılmasına etirazını bir formada baş məşqçinin diqqətinə çatdırıb.

Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib - əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.

Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. «Qarabağ»la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.

Güman etmək olar ki, qarşıdakı həftələrdə də belə fürsəti az-az yaxalayacaq və ya ümumiyyətlə, yaxalamayacaq.

Burada kapitan artıq Ramil Şeydayevdir. Almaniyalı Robert Bauer və braziliyalı Yuri Matias vitse-kapitan təyin olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti