COP29

Premyer Liqa klubunun sabiq "Neftçi"li ilə bağlı istəyi baş tutmadı

27 Sentyabr 17:00 Neftçi 634
Premyer Liqa klubunun sabiq "Neftçi"li ilə bağlı istəyi baş tutmadı

"Araz Naxçıvan"ın növbəti transfer cəhdi uğursuz olub.

Söhbət "Neftçi"dən tanıdığımız Ata Caberin təmsilçimizə mümkün keçidindən gedir.

Fələstin yığmasının üzvü ilk danışıqlarda ölkəmizə növbəti qayıdışına isti baxdığını göstərmişdi.

Lakin prosesin davamında 29 yaşlı yarımmüdafiəçi "Araz"a keçidindən vaz keçib.

Orta sahə oyunçusu 2022-24-cü illəri Azərbaycanda keçirib.

O, bu müddətdə "Neftçi" formasında meydana çıxdığı 58 oyunda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti