COP29

“Qışda anlaşa bilsələr, Emin Mahmudov “Neftçi”dən ayrılacaq”

25 Sentyabr 09:20 Neftçi 812
“Qışda anlaşa bilsələr, Emin Mahmudov “Neftçi”dən ayrılacaq”

“Neftçi” millinin kapitanı Emin Mahmudovun kapitanlığının ondan alınması məlumdur.

Sportinfo.az xəbər verir ki, onun kapitan sarğısı komandaya yeni transfer olunan Ramil Şeydayevə verilib.

Məsələ ilə bağlı Emin Mahmudov şəxsi instaqram hesabında paylaşım edib:

Sitat: “Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram.

Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm!”.

Onun bu paylaşımından sonra ortaya bir neçə sual çıxıb: E.Mahmudovun kapitanlığı ondan niyə alınıb? Mahmudov “Neftçi”dən gedə bilərmi?

Klubda nə baş verir?

İdman jurnalisti Ceyhun Rzayev globalinfo.az-a deyib ki, baş verənlərlə bağlı klub rəsmi açıqlama verməlidir.

Onun fikrincə, futbolda deyil, elə həyatda da bir qərar verirsənsə bunu əsaslandırmalı, arqument gətirməlisən:

Ceyhun Rzayev

“Məsələn, Ramil Şeydayev indiyə qədər heç bir klubda kapitan olmayıb. Baxın, ötən il Türkiyənin “Fənərbaxça” komandasına 36 yaşlı Edin Ceko gəldi.

Özü də çox təcrübəli oyunçudur, kariyerasında oynadığı müxtəlif klublarda, milli komandasında kapitan olub. O kluba gələndə dərhal ona kapitan sarğısı verildi.

Çünki böyük təcrübəsi var. R.Şeydayev indiyə qədər oynadığı heç bir klubda kapitan olmayıb.

Bu adamın kapitanlıq təcrübəsi yoxdur və “Neftçi”nin kapitanı illərdir Emin Mahmudovdur. İllərin kapitanından sarğı alınıb, nədənsə Şeydayevə verilir”.

C.Rzayev Emin Mahmudovun komandadan ayrılacağını düşünür:

“Emini ümumiyyətlə, komandada düşünmürlər. Onsuz da bu mövsümü az oynayıb, daha çox ehtiyatda qalıb.

“Neftçi”nin “Qarabağ”a 0-4 hesabı ilə uduzduğu oyunda Mahmudov 90 dəqiqəni ehtiyyatda oturdu.

Düşünürəm ki, bu gedişlə Emini əvəzedici komandaya göndərəcəklər. Ola bilsin, qışda anlaşa bilsələr Emin Mahmudov “Neftçi”dən ayrılacaq”.

“Neftçi” dən verilən məlumata görə, E.Mahmudovdan kapitanlığın alınması klubun baş məşqçisi Roman Qriqorçukun qərarıdır.

Digər Xəbərlər
Xəbər Lenti