COP29

Tanınmış klub prezidenti “Neftçi”yə təəccübləndi: “Sənə nə olub?”

20:00 Neftçi 236
Tanınmış klub prezidenti “Neftçi”yə təəccübləndi: “Sənə nə olub?”

“Sənə nə olub, Neftçi!? Mən həmişə bu gözəl kluba hörmət etmişəm”.

Bu sözlər vaxtilə Bakı “İnter”ində prezident postunu tutan Georgi Nikolova məxsusdur.

Uzun illər ölkəmizdə çalışan, açıq sözlü olması ilə yadda qalan, hazırda vətəni Bolqarıstanda yaşayan Nikolov “Neftçi”ylə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda ölkənin ən köklü klubu barədə narahatlığını bildirib.

“İnter”də işlədiyi dönəmdə “ağ-qaralar”ın ünvanına “Neftçi”nin vicdanındakı ləkə böyükdür” ifadəsini işlədən şsabiq klub funksionerinin vaxtilə tənqid etdiyi kluba dəstək nümayiş etdirməsi maraq doğurub:

“Təbii ki, bəzən aramızda mübahisələr, bəzən də azarkeşlərlə qarşılıqlı ittihamlar olub. Qarşılıqlı hörmət münasibətlərimizdə həmişə aparıcı amil olub. Ona görə də bu gün şəxsən mən “Neftçi”dəki böhrana görə narahatlıq yaşayıram.

Amma mən inanıram ki, onlar işığa doğru bir yol tapacaqlar. Buna nəinki inanıram, hətta tam əminəm!”

Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub. Onun dövründə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti