COP29

“Neftçi”dən SON XƏBƏR: Biri uzun müddət olmayacaq, ikisi qayıtdı

17:40 Neftçi 361
“Neftçi”dən SON XƏBƏR: Biri uzun müddət olmayacaq, ikisi qayıtdı

“Zirə”ylə oyunda “Neftçi”nin üç legionerinin adı iştirak ərizəsinə salınmamışdı.

Ervin Kuçla Yuri Matiasın zədəli olması öncədən məlum idi. Hər iki futbolçu Zirə İdman Kompleksinin VİP tribunasında yerini tutmuşdu.

Lakin Alfa Kontenin adına nə “23-lük”də rast gəldik, nə də simasını arenada gördük.

Maraqlananda məlum oldu ki, Konte aldığı xəsarət səbəbindən sıradan çıxıb. “Ağ-qaralıar” yaxın bir ay ərzində Syerra Leonedən olan vingerin xidmətindən yararlana bilməyəcək.

Kuçla Matiasa gəlincə, hər iki futbolçu “Zirə”ylə oyundan sonrakı məşqlərə qoşulub, kollektiv çalışmalarda iştirak edirlər

. “Qarabağ”la görüşdə meydana çıxıb-çıxmayacaqlarına hazırlıq durumlarına uyğun olaraq baş məşqçi Roman Qriqorçuk qərar verəcək.

Sentyabrın 20-də “Azərsun Arena”da baş tutacaq “Qarabağ” - “Neftçi” dueli saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti