COP29

“Neftçi”nin legioneri “Qarabağ”la oyundan əvvəl qələbə sözünü verdi

19:00 Neftçi 267
“Neftçi”nin legioneri “Qarabağ”la oyundan əvvəl qələbə sözünü verdi

Mövsümə uğursuz başlayaraq qələbə üzünə həsrət qalan “Neftçi”nin növbəti rəqibi “Qarabağ”dır.

Ötən həftə “Zirə”yə boyun əyən (0:2) “ağ-qaralar” bu dəfə səfərdə “köhlən atlar”ın qonağı olacaq.

“Neftçi” azarkeşləri əzəli rəqiblə oyunu sonuncu şans kimi qəbul edir və nəyin bahasına olur-olsun, sevimli komandalarında uğurlu nəticə gözləyirlər.

Çempionatın səs-küylü oyunundan əvvəl “Neftçi”nin ispaniyalı müdafiəçisi Mustafa Sek Sportinfo.az-ın “azarkeşlər derbidə sizdən nə gözləsin” sualını cavablandırıb:

“Qələbə qazanmaq istəyirik, başqa heç nə düşünmürük. İstər “Qarabağ”la, istərsə də digər rəqiblərlə oyunlarda azarkeşlərimizə 3 xal bəxş etməliyik.

Odur ki, “Qarabağ”la qarşılaşmada bizdən qələbə gözləsinlər”.

Sentyabrın 20-də “Azərsun Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti