COP29

Azərbaycanda ölümdən dönən futbolçudan YENİ XƏBƏR - VİDEO

11:40 Neftçi 175
Azərbaycanda ölümdən dönən futbolçudan YENİ XƏBƏR - VİDEO

Premyer Liqanın 6-cı turu çərçivəsində “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.

Mərdəkanda baş tutan görüşdə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunun sonları həyəcanlı anlarla yadda qalıb. “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko rəqib oyunçu ilə ikili mübarizədən sonra yerdə qalıb.

Başından zərbə alan belaruslu legionerin həyatı risk altında düşdüyündən, meydana öncə həkimlər, daha sonra təcili tibbi yardım maşını daxil olub.

Xvalko xidməti avtomobillə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Komandanın baş məşqçisi Azər Bağırov saytımıza verdiyi açıqlamada Xvalkonun həyatı təhlükəsinin olmadığını bildirib:

“Mən elə həmin gecə xəstəxanaya getmişəm. Özümüz də qorxmuşduq.

O, beyin silkələnməsi keçirib. Bir az narahat idi,

Çalışdıq əhval-ruhiyyəsini qaldıraq. İndi şükür, yaxşıdır. Oynaya biləcək gücdədir“.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"