COP29

"Neftçi"nin hazırda vaxtı yoxdur, yeni baş məşqçi təyin etsələr...”

08:50 Neftçi 316
"Neftçi"nin hazırda vaxtı yoxdur, yeni baş məşqçi təyin etsələr...”

Premyer Liqanın 7-ci turunda son çempion "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edəcək.

5 matçdan sonra aktivinə 12 xal yazdıran Ağdam təmsilçisi hazırda turnir cədvəlində 2-cidir.

Bakı klubu isə 6 oyunun heç birində qələbə qazana bilməyib. Komanda 4 xalla 9-cu yerdə qərarlaşır. Buna baxmayaraq, əzəli rəqiblərin qarşılaşacağı görüş futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Haypers Quba"ya baş məşqçilik edən Vüqar Nadirov bu oyun haqqında fikirlərini bölüşüb.

O, qol.az-a açıqlamasında əvvəlcə komandaların hazırkı durumuna toxunub:

"Qarabağ" 3 cəbhədə mübarizə aparır - həm Avropa Liqasında, həm Premyer Liqada, həm də Azərbaycan kubokunda. "Qarabağ" buna öyrəşib. Klubun öz sistemi, dəsti-xətti var. Bu sistemlə gedəcəklər. "Qarabağ"ın çox yaxşı heyəti var. Onlar üçün bir problem yoxdur. "Neftçi" isə Roman Qriqorçuku baş məşqçi təyin edib. Vəziyyətləri çətindir. 6 tur keçib, qələbə qazana bilməyiblər. Düşünürəm ki, yeni məşqçi təyin etsələr, sistem yenə dəyişəcək. Hər məşqçi öz sistemi ilə gəlir. Futbolçular üçün də belə durum çətindir. Çünki futbolçu 4-5 il eyni məşqçinin rəhbərliyi altında oynayanda sistemi bilir, öyrəşir. Futbolçular da, məşqçilər də nə istədiyini bilirlər. Qurban Qurbanov 15 ildən çoxdur ki, "Qarabağ"da işləyir. Komanda sistemi bilir. Gündə bir məşqçi gətirsən, sistem dəyişəcək. Futbolçuların ona adaptasiya olmağı üçün də vaxt lazımdır. "Neftçi"nin də hazırda vaxtı yoxdur. Hamı "Neftçi"dən qələbə gözləyir".

V.Nadirov bildirib ki, "Qarabağ" - "Neftçi" matçını maraqla gözləyir: "Hesabın necə olacağnı bilmirəm. Mənə də maraqlıdır. Maraqlı oyunun keçəcəyini düşünürəm. İstərdim ki, derbiyə xas matç olsun. Mənim futbolçu olduğum vaxtlarda da "Qarabağ" - "Neftçi" oyunları maraqlı keçirdi. Azarkeşlər ajiotaj yaradırdılar. Futbol ictimaiyyəti üçün maraqlı bir oyunun keçməsini istəyirəm".

Sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM