COP29

Öz xahişi ilə “Neftçi”dən ayrıldı - Rəhbərlikdə istefa

00:30 Neftçi 361
Öz xahişi ilə “Neftçi”dən ayrıldı - Rəhbərlikdə istefa

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə xitam verilib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçli mütəxəssis öz xahişi ilə qarşılıqlı razılıq əsasında Bakı təmsilçisi ilə yollarını ayırıb.

Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığı bildirilir.

Yens Andersson “Neftçi”də 2023-cü ilin sentyabrından çalışıb. Skandinaviyalı funksioner həmin vaxt 2 illik müqaviləyə imza atmışdı.

Bu barədə ilk informasiya “Sportinfo”ya məxsusdur (https://www.sportinfo.az/idman_xeberleri/neftci/203736.html).

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!