COP29

“Neftçi”dən aybaay maaş alan hücumçu niyə ortalıqda yoxdur?

18 Sentyabr 21:20 Neftçi 2 721
“Neftçi”dən aybaay maaş alan hücumçu niyə ortalıqda yoxdur?

“Neftçi” Brayan Morenonun adını Premyer Liqanın cari mövsümü üçün nəzərdə tutulan iştirak ərizəsinə daxil etməyib.

Kolumbiyalı hücumçunun klubla müqaviləsi var və buna uyğun olaraq aybaay maaş alır.

Futbolçunun zədəli olduğu və əməliyyata ehtiyac duyduğu bildirilir. Guya Moreno zədə aldığına görə uzun müddət oynaya bilməyəcək və buna görə də kənarda qalması məqsədəuyğundur.

Açığı, göstərilən səbəb reallıqdan çox bəhanəyə oxşayır.

Futbolçu zədə alıbsa, çempionatın startından bu yana, yəni ayyarımdır niyə əməliyyat olunmur?

Klubun “Liv Bona Dea Hospital” kimi tərəfdaşı var. Kiminsə başı ağrıyan kimi aradan qaldırmaq mümkündürsə, aylardır zədəsi olan adam niyə hələ də ortalıqda gəzir?

Brayanın əməliyyatı niyə yubanır, yaxud yubadılır? Ümumiyyətlə, bu futbolçunun hansı durumda olması, adının iştirak ərizəsindən kənarda saxlanılması haqda klub niyə rəsmi açıqlama vermir?

Məsələn, Emin Mahmudov, yaxud Ramil Şeydayev eyni aqibətlə üzləşsə, əməliyyat ayyarım yubadıla bilər? Yaxud klubun bu barədə rəsmi xəbər yaymaması necə qarşılanar?

Bu ilin əvvəlində Yens Anderssonun gələcəyin ulduzları qismində “Neftçi”yə calaq etdiyi Alfa Konte ilə Brayan Moreno faktiki komandaya heç bir fayda vermir.

Əvəzində ayda onminlərlə manat maaş alır, papaqlarını günə verir, zədə bəhanəsi ilə gizli saxlanılırlar.

25 yaşlı hücumçu ötən mövsüm “Neftçi”nin heyətində Premyer Liqada meydana çıxdığı 15 oyunda 4 qol vurub. Azərbaycan kubokunda şans qazandığı 3 matçda fərqlənə bilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!