COP29

TƏCİLİ! “Neftçi”də İSLAHAT başladı, bu şəxs rəhbərlikdən göndərildi – SON DƏQİQƏ

18 Sentyabr 16:00 Neftçi 6 250
TƏCİLİ! “Neftçi”də İSLAHAT başladı, bu şəxs rəhbərlikdən göndərildi – SON DƏQİQƏ

“Neftçi” rəhbərliyində ayrılıq baş verib.

Yens Andersson idman direktoru vəzifəsini tərk edib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İsveçli funksoner 2023-cü ilin sentyabrından Azərbaycanda işə başlamışdı. Həmin vaxt onunla 2 illik kontrakt imzalanmışdı.

O, bunadək ölkəsində "AİK Solna" (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın "Hayduk" (2013), Danimarkanın "Orxus" (2014-2016) klublarında
və İsveç yığmasında (2022-2023) idman direktoru vəzifəsində çalışıb.

Andersson görəvə gələn vaxt açıqlama verilmişdi ki, klubun yaxın gələcək üçün strateji hədəflərindən biri akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir: «Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir».

Qeyd olunmuşdu ki, klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid, unikal oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub.

Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni zamanda, klubun potensial transfer perfomansının və digər zəruri taktiki göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan texnologiyaların tətbiqi də planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti