COP29

"Neftçi"nin saxlamadığı müdafiəçi Serbiyanın aşağı liqasında

18 Sentyabr 01:20 Neftçi 709
"Neftçi"nin saxlamadığı müdafiəçi Serbiyanın aşağı liqasında

"Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Serbiyada qalıb.

O, "Teleoptik"la anlaşıb. Belə ki, təcrübəli müdafiəçi mövsümün sonuna qədər Serbiya aşağı liqasında yarışan klubda oynayacaq.

Stankoviç karyerası ərzində "Dinamo"(Vranye), "OFK Beoqrad", "Partizan", "İnter"(indiki "Şamaxı"), "Qəbələ", "Neftçi" klublarının formasını geyinib.

O, son olaraq, Serbiya Superliqasında yarışan "Jelezniçar"da (Pançevo) oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM