COP29

Premyer Liqa təmsilçisi "Neftçi"nin forvardına elçi düşdü

18 Sentyabr 22:20 Neftçi 2 203
Premyer Liqa təmsilçisi "Neftçi"nin forvardına elçi düşdü

"Neftçi"nin forvardı Ağadadaş Salyanski üçün yeni müştəri var.

Bu, paytaxtın digər təmsilçisi "Səbail"dir.

Baş məşqçi Şahin Diniyev gənc hücumçunun sərəncamında görmək istəyir.

Bu məqsədlə "ağ qaralar"a müraciət edilib.

Tərəflər razılığa gələ bilsə, gənclər millimizin üzvü mövsümün qalan bölümünü Bayıl təmsilçisində icarədə keçirəcək.

2025-ci ilə kimi yetirməsi olduğu klubla müqaviləsi olan 20 yaşlı futbolçu bu mövsüm Roman Qriqorçuk tərəfindən 1 dəqiqə belə şans qazanmayıb.

O, ümumilikdə "Neftçi"nin əsas komandasında keçirdiyi 13 görüşdə 2 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!