COP29

Bütün komanda “tikir”?

17 Sentyabr 23:00 Neftçi 1 052
Bütün komanda “tikir”?

“Zirə”ylə dərhal sonra stadionda, sonra da sosial şəbəkə platformalarında “Neftçi”nin uğursuzluğuna məhz bu söz səbəb göstərilirdi.

Ki, Roman Qriqorçuk Qara Qarayevi əvəzedici heyətə göndərib deyə, “2 nömrə”nin dostu Emin Mahmudov bir neçə nəfərlə birləşib ukraynalıya “torba tikir”.

Əvvəla onu deyim ki, oynayıb-oynamamaq Qaranın heç tükünə də deyil. Oynamamaq onu zərrə qədər narahat etsəydi, çoxdan başqa komandanın heyətində “11-lik” üzvüydü. Sabiq “Qarabağ”lıya vacib olan başqa şeydir. Ona da hər ay nail olur.

Hə, lap deyək ki, “torba”dır və bu “əməliyyat”ın iştirakçısı Emin Mahmudovla Ramil Şeydayevdir. Bəs, digərləri?

Almaniya Bundesliqasında oynamış Robert Bauer birinci qolda uşaq səhvinə yol verdi,

Rafael Quzza meydanda olduğu müddətdə heç nə etmədi, Mustafa Sekin La Liqada necə çıxış etməsi müəmmalıdır. Ervin Koffi bir cür, Dembo Darbo başqa cür.

Yəni, “torbanı tikən” 2-3 nəfərdirsə, yerdə qalanlar niyə top saxlaya, ötürmə verə bilmir? Bütün komanda “tikir”? Mümkün deyil. 11 nəfərin bu işdə əlbir olmasına dünya futbolunda rast gəlinməyib, o ki qala “Neftçi”də.

Roman Qriqorçukun çiyinləri yükün altında əzildi. Ağzı şirəli gəlmişdi, gördü ki, hər şey düşündüyü kimi deyil. Bəli, adam zəngin karyeraya malikdir, çempionluqlar görüb, avrokuboklarda qrup sevinci yaşayıb.

Ancaq “Neftçi”də işləmək təkcə məşqçilik keyfiyyəti yox, həm də başqa bacarıqlar tələb edir. Burada uğur qazanmaq üçün dörd gözə, dörd qulağa, iki ağıza sahib olmalısan, əlli başın qaynadığı qazandan baş çıxarmalısan. Bu isə hər kişinin başı üçün deyil.

Qriqorçuk zəifdir, Bojoviç yarıtmazdır, Mutu bacarıqsızdır, Regekampf o deyil, futbolçular “Neftçi”nin səviyyəsinə uyğun gəlmir, hə?

Məhv edilən “Neftçi”nin hesabatı onlardan soruşulmalıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi