COP29

“Neftçi”nin ən çox tənqid olunan şəxsi problemləri sadaladı, çıxış yolu göstərdi

17 Sentyabr 20:40 Neftçi 2 044
“Neftçi”nin ən çox tənqid olunan şəxsi problemləri sadaladı, çıxış yolu göstərdi

“Bizdə önünəinam çatmır, mental baxımdan hazır deyilik.

Bu da sırf psixoloji durumla bağlıdır”.

“Neftçi”nin müdafiəçisi Höccət Haqverdi komandasının “Zirə”yə məğlubiyyətindən sonra Sportinfo.az-a açıqlama verib.

Buna qədər 5 oyunda qələbə sevinci yaşamayan “ağ-qaralar”ın məhz bu matçda istəyinə çatacağı gözlənilirdi. Lakin iki həftəlik hazırlıq da bakılılara kömək etmədi.

Mövsümə 13 legionerlə başlayan, başında ukraynalı baş məşqçinin dayandığı “Neftçi” bu dəfə “Zirə”yə boyun əydi – 0:2.

“Neftçi”də ən çox qınanan futbolçulardan olan 31 yaşlı müdafiəçinin fikrincə, “ağ-qaralar”a bir qələbə lazımdır:

“Mövsümə istədiyimiz kimi başlamağımız bu vəziyyətə səbəb oldu. Bir oyunda uğursuz nəticə olanda, növbəti görüşdə qələbə qazanmaq çətinləşir.

Tələskənlik, həyəcan... Dediyim kimi, mentallıqla bağlıdır.

Bizə bir qələbə lazımdır, cəmi bir qələbə. Onu əldə etsək, davamı gələcək.

Bilirəm, növbəti rəqib “Qarabağ”dır. Amma futbolda mümkünsüz heç nə yoxdur.

Qələbə qazana bilərik. Hər şey öz əlimizdədir".

6 turdan sonra aktivində cəmi 4 xal olan “Neftçi” 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM