COP29

"Neftçi" fanatları əcnəbi funksionerin qapısını döydü

24 Sentyabr 21:00 Neftçi 1 901
"Neftçi" fanatları əcnəbi funksionerin qapısını döydü

Premyer Liqada turlar bir-birini əvəz edir.

İnanmayacaqsınız, amma "Neftçi"nin aktivində hələ də qələbə yoxdur.

4 matçda 1 xala sevinən "ağ qaralar" digər 2 görüşdə meydanı məğlub tərk edib.

Uğursuz çıxış klubun azarkeşlərini təngə gətirib.

Fanatlar bu dəfə hesabat üçün baş icraçı direktoru Ceng Sümerin qapısını döyüblər.

Türkiyəli mütəxəsislə 1 saata yaxın davam edən görüş çox gərgin keçib.

Əsəbi fanatlar əcnəbi mütəxəssisə öz narazılıqlarını sərt formada bildiriblər.

Çarəsiz duruma düşən klub rəsmisi tərəfdarları səbrli olmağa dəvət edib.

Bildirib ki, hazırkı gedişat onları da narahat edir.

O, ən qısa zamanda bu durumdan çıxacaqlarını qarşı tərəfə vəd verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti