COP29

“Neftçi” bu mövsüm çempion olmaq üçün nələr etməlidir? – Alman cavab verir...

12 Sentyabr 01:00 Neftçi 1 446
“Neftçi” bu mövsüm çempion olmaq üçün nələr etməlidir? – Alman cavab verir...

“Neftçi”nin yeni transferi Robert Bauer AZƏRTAC-ın suallarını cavablandırıb.

Sportinfo.az almaniyalı müdafiəçinin müsahibəsini təqdim edirik:

-Azərbaycana yeni gəlmisiniz. Ölkə futbolu və “Neftçi” ilə bağlı təəssüratlarınız necədir?

-Azərbaycan barədə ilkin təəssüratlarım çox yaxşıdır. Çempionatın səviyyəsi gözləniləndən daha keyfiyyətlidir. “Neftçi”dəki şərait isə heyrətamizdir. Yeni baza, məşq meydançaları, bir sözlə, hər şey idealdır.

-Azərbaycanda Almaniya əsilli futbolçular çıxış edib. Hazırda da Premyer Liqada həmin oyunçulara rast gəlmək olar. Onlardan ölkəmiz barədə məlumat almısınız?

-Müqavilə imzalamadan əvvəl heç bir məlumat almamışdım. Lakin “Neftçi”yə keçəndən sonra onlarla bir neçə dəfə ünsiyyət qurmuşam. Burada kiçik alman icmasının olması xoşdur.

-“Neftçi” yeni mövsümə uğurla başlamayıb. Sizcə, bunun səbəbi nədir?

-Mövsümün başlanğıcı çətin oldu. Çünki klubda bir çox dəyişiklik oldu. Ən əsası yeni məşqçi təyinatı oldu. Həmçinin, yeni oyunçular alındı. Uyğunlaşma və bütün futbolçuların oyun fəlsəfəsi baxımından eyni fikirdə olması üçün vaxt lazımdır.

- Sizcə, milli komandalar üçün yaranmış fasilə “ağ-qaralar”a nə dərəcədə kömək edəcək?

- Əlbəttə ki, belə hal xeyrimizə olan addımdır. Futbolçuların bir-birini daha yaxşı tanımasına şərait yaradır.

-Roman Qriqorçuk təcrübəli və uğurlara imza atmış məşqçidir. Onunla işləmək necə hissdir?

- Roman Qriqorçuk futbolla bağlı təcrübəyə və unikal fikirlərə sahib olan məşqçidir. Onun taktikalarını həyata keçirmək üçün vaxta ehtiyac var. Ancaq inanıram ki, komanda tam olaraq adaptasiya olduqdan sonra qələbələr qazanmaq üçün hər şeyə sahib olacağıq.

- Necə düşünürsünüz, “Neftçi” bu mövsüm çempionluq mübarizəsi aparmaq üçün nələr etməlidir?

- Çempion adını qazanmaq asan olmayacaq. Bunun üçün çox çalışmalıyıq. Oyundan-oyuna bunu düşünmək və hədəflərə köklənməliyik. Mən komandama inanıram.

- Karyeranız ərzində Almaniyanın "Verder Bremen", "Nürnberq" və "İnqolştadt" klublarında oynamısınız və Almaniyanın "U-20" və "U-21"komandalarının formasını geyinmisiniz. Əsas komandaya keçməyinizə nə mane oldu?

-24 yaşım olarkən Almaniyanı tərk etdim. Belə olan halda milli komandanın diqqətində olmaq o qədər də asan deyil. Lakin ölkəmdə əla karyeram var idi. Qazandıqlarımdan məmnunam.

- Qısa müddət ərzində Bakı şəhəri ilə bağlı təəssüratlarınız necədir?

-Bakı möhtəşəm şəhərdir. Həyat yoldaşım və dörd övladımla burada xoşbəxtik. Azərbaycan xalqı mehriban və qonaqpərvərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?