COP29

Roman Qriqorçuku gözləyən Samir Abasov TƏHLÜKƏSİ!

10 Sentyabr 20:20 Neftçi 2 271
Roman Qriqorçuku gözləyən Samir Abasov TƏHLÜKƏSİ!

Azərbaycan Premyer Liqasında yaranmış iki həftəlik fasilə bu həftə başa çatır.

Növbəti 4 turluq gərgin period bizi gözləyir.

Və ardınca növbəti iki həftəlik pauza nəzərdə tutulub.

Arxada qalan 5 turdan sonra ilk istefa "Kəpəz"də reallaşdı. Adil Şükürovu baş məşqçi postunda Azər Bağırov əvəzlədi.

İkinci baş məşqçi dəyişikliyi isə "Neftçi"də reallaşa bilər.

Əgər Roman Qriqorçuk qarşıdakı 4 turda "ağ qaralar"ın nəticələrini yaxşılaşdıra bilməsə.

Ukraynalıya ümid böyükdür. Futbol ictimaiyyətində də, klub daxilində də. Hələ də uğursuz gedişata səbr göstərilməsinin kökündə bu dayanır.

Amma bunun da bir həddi var.

Transferlərə bu qədər pul xərclənib. Yeni bazaya köç baş tutub. Kollektiv üçün lazım olan şərait ən üst səviyyədə qurulub.

Lakin arxada qalan 5 matçda hələ qələbə sevinci yaşanmayıb. Ya uğursuz seriya başa çatacaq, ya da məşqçilər korpusuna qapını göstərəcəklər.

Əcnəbi mütəxəssis üçün son şans kimi verilən 4 matç hansılardır?

"Neftçi" fasilədən sonra "Zirə" ilə səfərdə görüşəcək.

Ardınca bakılılar evdə "Qarabağ" və "Sumqayıt"ı qəbul edəcək.

Fasilə ərəfəsində isə "Kəpəz" səfərinə yollanacaq.

Məhz bu rəqiblərlə oyunda "Neftçi" müsbət irəliləyişə nail olmasa, Qriqorçukla yollar ayrılacaq.

Onun yerinə gətirilməsi planlaşdırılan şəxsin adı da bizə məlumdur.

Bu, Samir Abasovdur.

O, klub rəhbərliyinin baş məşqçi postunda görmək istədiyi bir nömrəli namizəddir.

Hazırda "Sumqayıt"ı çalışdıran təcrübəli mütəxəssisin hətta Qriqorçukun təyinatından əvvəl də "Neftçi"yə gəlişi ciddi müzakirə olunub.

Baş tutmaması sırf Abasova görə olub. O, Konfrans Liqasına hazırlaşan sevimli şəhərinin komandasını belə vəziyyətə qoyub getməyi özünə sığışdırmayıb.

İndi isə tam fərqli mənzərə var.

"Kimyaçılar" mövsümə o qədər də uğurlu start verməyib.

Məşqçi və rəhbərlik arasındakı münasibətlər hər keçən gün daha da gərginləşir.

Qısası hazırkı şərtlər altında onun "Neftçi"yə keçidini kimsə qınamayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?