«Neftçi»nin maraq dairəsində olan legionerlərdən birinin kimliyi bilinib.
«Ağ-qaralar» ötən ildən «Ural»ın formasını geyinən Kiki ilə təmasa keçib.
Tam adı Kristian Neyva Afonsu olan portuqaliyalı müdafiəçi mövqeyində çıxış edir.
29 yaşlı arxa xətt oyunçusu «Marinxas»nin yetirməsidir.
Karyerası ərzində «Riu Ave», «Redbrid» (İngiltərə), «Atletiko (Lissabon)», « Jil Visente», «Olyenense», «Feyrense», «Felqeyraq 1932», «Belenenseş» və «Vizela»nın formasını geyinib.
SPORTİNFO.AZ