COP29

“Neftçi”də SON DURUM: “Qriqorçuk azı iki yeni oyunçunun alınmasını tələb edib”

5 Sentyabr 13:20 Neftçi 1 399
“Neftçi”də SON DURUM: “Qriqorçuk azı iki yeni oyunçunun alınmasını tələb edib”

Ukraynalı idman jurnalisti Vladislav Lutostanski “Neftçi” haqda əldə etdiyi məlumatı ictimaiyyətlə bölüşüb.

Sportinfo.az xəbər verir ki, həmkarımız ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın uğursuzluğundan bəhs edib.

O, Bakı təmsilçisinin tezliklə daha bir neçə futbolçuyla güclənəcəyini deyib:

“Qriqorçukun Bakıdakı günləri yaxşı keçmir. Onun komandası premyer-liqanın ilk 5 turunda qələbə qazana bilməyib.

4 heç-heçə, 1 məğlubiyyət azarkeşlərin etirazıyla qarşılanmaqdadır. Uğursuz nəticələr kollektivin güclü futbolçulardan qurulmadığını göstərir.

Qriqorçuk bu üzdən azı iki yeni oyunçunun alınmasını tələb edib. Vəziyyət rəhbərliyi baş məşqçinin istəyinə müsbət cavab verməyə məcbur edib.

Mütəxəssis ona təqdim olunan siyahıdan yeni seçimlər edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var