COP29

"Neftçi" ilə müqavilə imzalayan almaniyalı məşhur “Sportinfo”ya elə sözlər dedi ki...

5 Sentyabr 21:00 Neftçi 2 969
"Neftçi" ilə müqavilə imzalayan almaniyalı məşhur “Sportinfo”ya elə sözlər dedi ki...

"Neftçi"nin almaniyalı müdafiəçisi Robert Bauer Sportinfo.az-a müsahibə verib.

O. Premyer Liqanın 5-ci turunda "Şamaxı" ilə keçirdikıri matç (0:0) haqda danışıb.

- Yaxşı oyun keçirdik. Amma 2 xal itirdik. Çünki qol imkanlarından istifadə edə bilmədik. Yaxşı komandamız var. Sadəcə bir az zaman lazımdır. Fasilədən yaxşı istifadə edəcəyik. Ümid edirəm ki, fasilədən sonra qələbələr qazanacağıq.

- 5 oyun arxada qalıb, amma hələ də qələbə yoxdur. Azarkeşlər bugünkü "Neftçi"yə nə qədər səbr etməlidir?

- Hədəfimiz çempionluqdur. "Neftçi" sıradan bir komanda deyil. Ona görə də azarkeşlərin narazılığını normal qarşılayıram və haqlı sayıram. Biz özümüz də nəticələrdən narazıyıq. Ancaq yeni yığılan komanda olduğumuz üçün zamana ehtiyac var. Mən özüm ayyarımdır komandaya qoşulmuşam. Vaxta ehtiyac var. Bir az bəxtimiz də gətirmir. Epizodlar yaradırıq, amma vura bilmirik.

- Bu gün "Neftçi"nin heç bir problemi yoxdur. Hər həftə yeni transfer edilir. Futbolçuların rahatlığı üçün bütün şərait yaradılıb. Bu şərtlər altında nəticə fiaskodur. Azarkeşlərlə üz-üzə gələndə hansı hisləri keçirirsiniz?

- Şəraitin yaxşı olması o demək deyil ki, hər oyun qələbə qazanmalıyıq. Qələbənin belə bir qarantı yoxdur. Hər məşqdə daha yaxşı olmaq üçün çalışırıq. Məsuliyyətimizi başa düşürük. Nəticələri yaxşılaşdırmaq üçün üzərimizdə daha çox çalışacağıq.

- "Şamaxı" və "Turan Tovuz"la bacarmayan "Neftçi"nin futbolçularını qarşıdakı "Zirə" və "Qarabağ"la matçlar qorxutmur?

- Bilirik ki, arxada qalan 5 tur yaxşı period olmadı. Bunu başa düşürük. Ancaq irəli baxmaq lazımdır. Bütün oyunlara eyni məsuliyyətlə çıxırıq. Rəqiblərin adı fərq etmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var