COP29

“Neftçi” daha bir hücumçunun yolunu gözləyir – Qriqorçuk ona “gedə bilərsən” söylədi

4 Sentyabr 11:40 Neftçi 5 977
“Neftçi” daha bir hücumçunun yolunu gözləyir – Qriqorçuk ona “gedə bilərsən” söylədi

«Neftçi» Yeqor Boqomolskini icarəyə vermək niyyətindədir.

Roman Qriqorçuk belaruslu hücumçunu bu barədə məlumatlandırıb.

Azərbaycanda üçüncü mövsümünü keçirən legionerin diqqətinə çatdırılıb ki, onun əsas heyətdə şans qazanmaq ehtimalı artıq çox aşağıdır.

Ramil Şeydayevdən sonra qambiyalı Darbo Dembonu sıralarına qatan «ağ-qaralar»ın hazırda 6 ön xətt oyunçusu var. hələ daha bir forvardın qarşıdakı günlərdə düşərgəyə təşrif buyurması gözlənilir.

Premyer Liqanın ilk 5 turunda cəmi 2 qol vurulmasından narhatlıq duyan ukraynalı çalışdırıcı Beqomolskidən gələn təklifləri dəyərləndirməsini istəyib.

«Zirə», «Araz-Naxçıvan» və «Şamaxı» ilə yanaşı, Belarusun bəzi klublar da Yeqoru icarəyə götürməyə iddialıdır.

«Minsk» də sabiq oyunçusunun xidmətində maraqlıdır. İndi son söz 23 yaşlı hücumçunundur: hazırkı vəziyyətlə barışmasa, bakılılar orna sərbəst agent statusu verməyə də hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var