COP29

"Neftçi" belə oynamalı deyil, Qriqorçuk hara baxır?

1 Sentyabr 19:25 Neftçi 1 626
"Neftçi" belə oynamalı deyil, Qriqorçuk hara baxır?

«Neftçi»nin qələbə həsrəti beş tura çatdı.

Çemponluq iddiası sözdən əmələ keçmir hələ də. Roman Qriqorçuka bundan irəli gələn tənqidlər də günbəgün artmaqdadır.

«Qəbələ»dən tanıdığımız ukraynalı ona bəslənilən ümidləri belə tez yerə vurmaz istəməzdi hər halda. Amma ki, Premyer Liqanın ilk 5 həftəsi Qriqorçuku düşüncələrində haqlı çıxarmadı.

«Neftçi» son günlər transfer bazarında fəallığı artırıb. Hər səhər bir legioner alınır.

Qriqorçuk yeni gələnin hansı vəziyyətdə olmasına, forma yığıb-yığmamasına baxmadan «döyüş»ə atır.

Nə axtarır görəsən, o? Bu, suda boğulan adamın saman çöpündən yapışmasına bənzəyir.

Edilən transferlərin yararsızlığı barədə heç nə demək istəmirəm. Əlimdə heç bir əsas yoxdur. Bunun üçün bir neçə həftə gözləməliyəm.

Qoy 4-5 tur da keçsin, onda qiymət verərik ki, Qriqorçukun birəbir təriflədiyi legioner «Neftçi»ni qaza gətirmək iqtidarındadır, ya əksinə.

Hələlik biz başqa, ən vacib problemdən danışmalıyıq. Bu problem ukraynalı baş məşqçinin müdafiə yönümlü oyun tərzidir.

Dünən «Şamaxı» 65-70 dəqiqə həmlə etdi, dəfələrlə təhlükəli epizod yaratdı, «Neftçi»nin cərimə meydançasına soxuldu.

Qonaqlar topu hara gəldi, vururdu. Komandasını arxaya çəkən Qriqorçukun əks-hücumlar üzərindən qol arayışına ümid etməsi üzdü məni. Mən «Neftçi»ni belə, «ikinci nömrə» ilə oynayan görmək istəmirəm.

Əşşi, düz deyiblər də, qorxan gözə çöp düşər. «Şamaxı»da təcrübə çatsaydı, «Neftçi»ni evə məğlubiyyətlə yola salardılar.

Qriqorçuk son 30 dəqiqədə oyuna müdaxilə etəməyə özündə cəsarət tapdı. Qol fürsətləri ard-arda yarandı.

Ramil Şeydayev, Emin Mahmudov və Rəhman Hacıyev fürsət yaxaladı.

Şeydayev nəyi qaçırdı, nəyi! Ya da o birilərinin dəyərləndirmədiyi epizodlar… Özgüvən olmayan yerdə belə narahatlıqlar yaranır.

Psixoloji bərpa keçməlidirlər. Təcili! Bunu da rəhbərlik etməlidir. Qriqorçıuk bu ağırlığı qaldırmağa acizdir. Tək əldən səs çıxmaz.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM