COP29

“Biz qalib gəlsək də, məğlub olsaq da, “Neftçi” əbədi böyük qalacaq”

31 Avqust 17:20 Neftçi 427
“Biz qalib gəlsək də, məğlub olsaq da, “Neftçi” əbədi böyük qalacaq”

“Burada oynayırsansa, həmişə çempionluğu hədəf almalısan, çünki “Neftçi” böyük klubdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Yuri Matias deyib.

Braziliyalı müdafiəçi “bu mövsüm çempionluq uğrunda mübarizə aparan “Neftçi”ni görə biləcəyikmi” sualına belə cavab verib:

“Düzdür, ötən mövsüm uğursuz oldu. Amma biz qalib gəlsək də, məğlub olsaq da, “Neftçi” əbədi olaraq böyük qalacaq.

Ona görə də biz tam gücümüzü qoymalıyıq və kluba layiq olmalıyıq. Hamımız çempion olmaq istəyirik.

Bilirik ki, çətin olacaq. Çünki rəqiblərimiz güclüdür. Amma rəqibdən asılı olmayaraq biz çalışmağa davam edəcəyik.

Ancaq yaxşı çalışaraq nəyəsə nail ola bilərik. Bu il bir neçə oyunçu ilə də gücləndik.

Amma fərq eləmir, gələn olacaq ya yox. Yenə də bir olub, mübarizə aparmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var