"Neftçi" “feyr-pley”i pozmayıb”.
Bu açıqlama ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Neftçi” matçında (1:1) baş verən hadisəyə münasibət bildirib.
Qarşılaşmanın videosunu bir daha izlədiyini söyləyən tanınmış telejunalist Ramil Şeydayevin 90+4-cü dəqiqədə bərabərlik qolunu vurduğu epizodda ədalətli oyun prinsiplərinə heç bir xələl gətirilmədiyini söyləyib.
Rzayev deyib ki, “Araz”ın qapıçısı Kristian Avram qəsdən vaxtı uzatmaq üçün topu kənara vurub və bunu başa düşən “Neftçi”nin futbolçuları son hücum imkanından istifadə edib.
Aparıcı Naxçıvan klubunun qələbəyə layiq oyun sərgilədiyini də diqqətə çatdırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: