COP29

"Neftçi"yə böyük güzəştə getdi, alacağı puldan İMTİNA ETDİ

29 Avqust 09:40 Neftçi 1 849
"Neftçi"yə böyük güzəştə getdi, alacağı puldan İMTİNA ETDİ

«Neftçi»nin Lukas Melano ilə yolları ayırmasını xəbər vermişik.

Ötən ilin yayında Azərbaycana gələn, ancaq özünü heç cür göstərə bilməyən argentinalı hücumçu ilə aparılan danışıqlar nəticə verib.

Roman Qriqorçukun xidmətində maraqlı olmadığı və ötən 2 ayı əvəzedici komandanın düşərgəsində keçirən cənubi amerikalı 2025-ci ilin yayında başa çatmalı olan müqaviləsini pozmağa razılaşıb.

O. yekunda kluba jest edib. Alacaqlarının böyük hissəsindən imtina eləyib. «Ağ-qaralar» Lionel Messinin həmyerlisinə cüzi bir təzminat ödəyəcək.

Melano 2023-cü ilin yayında «ağ-qaralar»la 1+1 illik müqavilə imzalayıb. Ötən mövsüm 12 oyunda forma geyinən və qol hesabını aça bilməyib.

Bakılılar ona görə Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 31 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 millisinin heyətində 3 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi