COP29

“Onu tanıyıram, “Neftçi” üçün yaxşı transferdir”

29 Avqust 08:50 Neftçi 1 147
“Onu tanıyıram,  “Neftçi” üçün yaxşı transferdir”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında Dembo Darbonun transfer olunmasına münasibət bildirib:

Sportinfo.az xəbər verir ki, o deyib:

"Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir.

Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq.

Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.

Qambiyalı Dembo Darbo artıq “Neftçi” ailəsinin üzvüdür.

22 nömrəli formanı geyinəcək 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib.

Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub.

O, Qambiya milli komandasında 5 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi