COP29

Tanış olun! Bu da Qriqorçukun "Neftçi"yə şəxsən gətirdiyi legioner

29 Avqust 22:20 Neftçi 6 125
Tanış olun! Bu da Qriqorçukun "Neftçi"yə şəxsən gətirdiyi legioner

"Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik".

Premyer Liqanın 3-cü turunda "Sabah"a məğlubiyyətdən (0:2) sonra bu fikirləri mətbuata açıqlamasında "Neftçi"nin çalışdırıcısı Roman Qriqorçuk dilə gətirmişdi.

Bu, əslində uğursuz gedişatda məsuliyyəti üzərindən atmaq niyyətinə daha çox bənzəyirdi.

Yəni, önümə qoyulan siyahıdan seçim etmək məcburiyyətindəyəm. Buna pisin içindən ən yaxşı seçim aparmaq da demək olar.

Ukraynalı mütəxəssis haqlıdır. Həqiqətən, təqdim edilən siyahıda onu razı salmayan adlar olsa belə, seçim etmək məcburiyyətindədir.

Belə olan halda uğurlu olmaq ehtimalı bir xeyli aşağı düşmüş olur.

Amma bəla ondadır ki, bu gün Qriqorçukun "Neftçi"yə şəxsən gətirdiyi futbolçu da digərlərindən nə iləsə fərqlənmir.

Söhbət Andrey Ştoqrinidən gedir.

25 yaşlı vinger Premyer Liqanın arxada qalan 4 turunda da meydanda olub.

Birqayda olaraq əsas heyətdə olmaq şərtilə.

Amma hər hansı faydası ilə yadda qalmayıb.

Üst-üstə meydanda olduğu 316 dəqiqədə nə qol vura bilib, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Ukrayna gənclər millisinin statistikası ilə bərabər, meydandakı digər kriteriyalar üzrə performansı da ürəkaçan deyil.

Görəsən, əcnəbi mütəxəssisin buna izahı nədir?

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi