COP29

"Neftçi”dən danışdı, məyusluğunu gizlətmədi: “Geriyə yolumuz yoxdur”

21 Avqust 21:20 Neftçi 1 187
"Neftçi”dən danışdı, məyusluğunu gizlətmədi: “Geriyə yolumuz yoxdur”

İvan Lepinitsa Sportinfo.az-a müsahibə verib.

“Sabah”ın yeni transferlərindən olan xorvatiyalı yarımmüdafiəçi komandasının “Neftçi”üzərində qazandığı 2:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- Səfər oyununda “Neftçi”ni məğlub etməyi bacardınız.

- Çox yaxşı futbolçulardan təşkil olunmuş rəqibi udmaq bizə yalnız xoşbəxtlik verir. Son oyunlarda azarkeşlərimizi sevindirə bilmirdik. Bu qalibiyyət yerinə düşdü.

- “Sent Patriks”ə hər iki oyunda uduzandan sonra bu qarşılaşmaya köklənmək yəqin ki, asan deyildi.

- Son 11 gündə 4 oyun keçirdik, üstəlik, İrlandiyaya gedib-qayıtdıq. Təkcə psixoloji yox, həm də fiziki baxımdan çətin idi. Mental olaraq “Neftçi”ylə qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Bilirdik ki, geriyə yolumuz yoxdur. Nəyin bahasına olur-olsun 3 xal qazanmalıydıq və bu düşüncə ilə mübarizə aparırdıq. Yaxşı komandamız var. Bu kollektivlə uğurlu nəticələr qazanmaq mümkündür.

- Avrokubok mübarizəsini erkən dayandırmağınızın səbəbini nə ilə izah edə bilərsən?

- Hər iki qarşılaşmada azlıqda qalmağımız öz sözünü dedi. Avrokuboklarda azlıqda mübarizə aparmaq asan deyil. Çünki buradakı komandalar öz ölkələrinin ən güclülərindəndir. Əsas odur bərbad oynamadıq, hər iki oyunda qol imkanlarımız oldu. Bilirəm, ictimaiyyət bizdən daha artığını gözləyirdi. Futbol belədir, bəzən gözləmədiyin halla üzləşirsən. Necə ki, “Makkabi”nin “Sabah” səddini keçə bilməyəcəyini heç kim təxmin etmirdi. Çox məyusuq, ancaq bundan sonra edə biləcəyimiz şey irəli baxmaqdır.

- Artıq “Sabah”ın əsas simalarından hesab olunursan. Yeni komandaya qısa vaxtda uyğunlaşacağını təxmin edirdin?

- Kollektivə vaxtında qoşulmağım və təlim-məşq toplanışında iştirak etməyim yaxşı oldu. Bir neçə həftə ərzində məşq etdim, yoldaşlıq görüşlərində forma geyindim. Bundan başqa, məşqçi və futbolçu heyəti də məni xoş qarşıladı, uyğunlaşmağım üçün hər cür köməklik göstərdilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…