COP29

"Neftçi"nin koordinatoru: “Reallıqlar var, desək ki, 1-2 ildən sonra…”

21 Avqust 19:20 Neftçi 1 006
"Neftçi"nin koordinatoru: “Reallıqlar var, desək ki, 1-2 ildən sonra…”

"Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

O, "Neftçi Arena"nın ot örtüyü ilə bağlı vəziyyətə aydınlıq gətirib:

"Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir.

Media nümayəndələrini də oraya dəvət edəcəyik. "Neftçi Arena"nın ot örtüyünün durumu qənaətbəxş deyil.

Stadion AFFA-nın balansındadır. Amma biz yatırım edirik.

Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var.

"Qarabağ"la oyuna qədər tam hazır olacaq. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub.

Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır".

R.Əfsərli "Neftçi"nin özünə aid stadionunun olmasını arzuladıqlarını bildirib:

"Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazımdır. Amma reallıqlar var.

Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var.

Bunlar zaman alan proseslərdir. Klubda çalışan insanlar da bunu istəyir.

Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…