COP29

“Qara Qarayevlə danışıqlar gedir, elə etməliyik ki, heç bir tərəf ziyan görməsin”

21 Avqust 14:20 Neftçi 2 877
“Qara Qarayevlə danışıqlar gedir, elə etməliyik ki, heç bir tərəf ziyan görməsin”

"Qara Qarayev Azərbaycan futbolunda iz qoymuş futbolçudur, böyük xidmətləri var.

Əminəm ki, bundan sonra da olacaq. Hər birimiz ona hörmət edirik, amma baş məşqçinin seçiminə qarışmaq fikrimiz yoxdur".

Sportinfo.az xəbər verir ki, bu barədə "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında futbolçu Qara Qarayevin komandadakı taleyi barədə danışarkən deyib.

O, hazırda bu məsələ ilə bağlı yenilik olmadığını vurğulayıb:

"Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin.

Danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".

"Neftçi" Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…