COP29

"Nəticələr ürəkaçan deyil, bu, hamımızı narahar edir, bir az vaxt lazımdır”

21 Avqust 13:20 Neftçi 604
"Nəticələr ürəkaçan deyil, bu, hamımızı narahar edir, bir az vaxt lazımdır”

"Meydanda yaşananlara baş məşqçi cavab verə bilər.

Ona sualları matçlardan sonra ünvanlaya bilərsiniz".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında deyib.

O, nəticələrə görə baş məşqçinin cavabdeh olduğunu deyib:

"Klubun fəaliyyətini mətbuata çatdırmaq mənim vəzifə borcumdur. Digər məsələlərlə bağlı məndə dolğun informasiya olduğu üçün cavablandıra bilərəm.

Baş məşqçi nəticələrə görə cavabdehdir. Mövsümün sonundakı mümkün uğursuzluq isə hamımıza aiddir".

"Neftçi" Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb. Klub rəsmisi vaxta ehtiyac duyduqlarını vurğulayıb:

"Nəticələr ürəkaçan deyil. Bu, hamımızı narahar edir. Amma bir az vaxt lazımdır.

"Sabah"la sonuncu turun matçında meydana çıxan yeni futbolçular var idi. Mənim komandadan gözləntilərim böyükdür, nikbin yanaşıram.

Klubun bütün fəaliyyətinin içindəyəm. Hamı öz işini həyata keçirir.

Baş məşqçimiz, demək olar ki, 24 saat çalışır. Əvvəl gördüyü işlər də göz önündədir.

Onun nəyə qadir olduğunu bilirik. Ümid edirəm ki, növbəti matçlarda azarkeşlərimizi sevindirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…