COP29

"Neftçi" – Belə xəbərə heç kim sevinməz, uzun müddət olmayacaq!

21 Avqust 09:40 Neftçi 2 057
"Neftçi" – Belə xəbərə heç kim sevinməz, uzun müddət olmayacaq!

"Neftçi"nin yeni mövsüm üçün iştirak ərizəsinə Brayan Morenonu daxil etməyib.

Bu da səbəbsiz yerə deyil.

Demə, kolumbiyalı hücumçu Türkiyədə keçirilən təlim-məşq toplanışının gedişində zədələnib. Məşq əsnasında aldığı xəsarət çox ciddidir.

Bir neçə ay yaşıl sahələrdən kənarda qalacağı dəqiqdir. Ehtimal var ki, 2025-ci ilin yanvar-fevral aylarınadək meydana dönməsin.

Hər halda həkimlər bununla bağlı məşqçilər korpusuna xəbərdarlıq eləyib.

Eyni zamanda, bildiriblər ki, Moreno tezliklə əməliyyat olunmalıdır. Yalnız cərrahi müxadilənin nəticəsi bilinəndən sonra dönüşlə bağlı dəqiq diaqnoz qoyulacaq.

Paytaxt təmsilçisi bu ilin yanvarında kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanıb. 24 yaşlı forvarda 88 nömrəli forma verilib.

Onun son klubu ÇSKA (Sofiya, Bolqarıstan) olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…