COP29

“Neftçi” tərəfdarına yaraşan bu olar – Ona arxa dayanın!

20 Avqust 11:40 Neftçi 2 156
“Neftçi” tərəfdarına yaraşan bu olar – Ona arxa dayanın!

Ukraynada müharibənin içindən çıxıb gəldiyi üçün bir tərəfdən sevinirsə, burada gördükləri digər yanda Roman Qriqorçukda xəyal qırıqlığı yaradır.

Dəqiq bilmirəm, məncə, o, bunadək işə başladığı klubların heç birində ilk üç həftəni qələbəsiz tamamlamayıb.

Gəldi, «Neftçi»də bu təcrübəni yaşadı.

Bəs sonra? Həə…

Mən yenə tamamilə ümidsizliyə qapılmamışam.

Sezonun əvvəlidir və indidən demək ki «Neftçi» üçün hər şey bitdi, vəziyyət qaydasına düşməyəcək - belə bədbin proqnozlar səsləndirməyin əleyhinəyəm.

Qriqorçukun təcrübəsinə, Azərbaycan futbolunu tanımasına arxalanaraq, problemləri başından atacağına inanaraq, «Neftçini tezliklə uğursuzluq zolağından çıxaracağını gözləyirəm.

Azarkeşlərdən də səbrli olmalarını istərdim. Başa düşürəm, 1 xallıq «bismillah» onları dərindən pərişan edib, əsəbdən özlərinə yer tapa bilmirlər.

Eybi yox. Bu gün heç nə itirilməyib.

Gəlin, bir qədər də hövsələmizi basaq, Qriqorçukdan əlimizi üzməyək.

Əsl fanat çətin gündə tanınar. «Neftçi» tərəfdarı illərdir öz missiyasını şərəflə yerinə yetirir.

Ümid edirik ki, mövcud durumı hirsli başla dəyərləndirməyəcək, yeni baş məşqçiyə arxa çevirməyəcəklər.

«Neftçi» sevdalılarına yaraşan da bu olar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…