COP29

“Neftçi”də oynayan: “Qarabağ”dan niyə ayrıldığımı bilmirəm”

20 Avqust 09:00 Neftçi 4 323
“Neftçi”də oynayan: “Qarabağ”dan niyə ayrıldığımı bilmirəm”

"Neftçi" və Azərbaycan millisinin yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsində “Qarabağ”ın “Dinamo” (Zaqreb) ilə keçirəcəyi matçla bağlı Xorvatiya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, "Tportal.hr" portalına müsahibə verən 33 yaşlı futbolçu “Qarabağ”la bağlı bunları deyib:

- “Dinamo”nun çox çətin anlar yaşayacağını deyə bilərəm. Bu günlərdə Bakıda hava çox istidir, 35 dərəcədən yuxarıdır, amma rütubət də çox yüksəkdir. Bir çox komandalar belə şəraitdə işinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Xüsusi vurğulamaq lazımdırsa, bu da Juninyodur. Ən böyük təhlükəni o yaradır. Baxmayaraq ki, əslində “Qarabağ”ın bütün komandası çox yaxşıdır. "Qarabağ"ın əsas resepti odur ki, Qurban Qurbanov 15 ildən artıqdır komandaya rəhbərlik edir.

- “Bayer” Avropa Liqasının son mövsümündə “Qarabağ”la matçlarda çox əziyyət çəkdi?

- Bəli, almanlar bu matçlarda çox problem yaşadılar. “Qarabağ” “Braqa”, “Olimpiakos” və “Nant” kimi komandaları da məğlub edib. Təbii ki, Avropanın digər komandalarını məğlub etdilər, amma belə böyük adları olan komandaları yox.

- Xorvatiyada hamı əmindir ki, “Dinamo” asan rəqiblə qarşılaşacaq. Amma görünür, bu belə deyil?

- Qətiyyən yox. Düşünürəm ki, Xorvatiyada insanlar - Azərbaycan futbolu, xüsusən də klub futbolu haqqında çox az şey bilirlər. Yenə deyirəm, “Qarabağ”ın bütün bu uğurları təsadüfi deyil.

- Siz də bu komandada oynamısız. “Qarabağ”ı niyə tərk etmişdiniz?

- Beş il orada çıxış etdim. Niyə ayrıldım? Bilmirəm. Sadəcə belə oldu. Heç bir səbəb yox idi, sadəcə o zaman klubu dəyişməyə qərar verdim.

-“Qarabağ” “Dinamo”nu Çempionlar Liqasından kənarlaşdırsa, buna üzüləcəksiz? Axı sən beş il Azərbaycan klubunda oynayıb, “Hayduk”a üstünlük verirsiz...

- Ən yaxşı insan qalib olsun.

- Komandalar arasında keçiriləcək oyuna canlı baxacaqsız?

- İmkanım olsa, stadiona getməyə çalışacam. Məncə, komandaların şansı 50/50-dir. “Dinamo”ya xəbərdarlıq etməliyəm ki, onları Bakıdakı stadionda 30 min azarkeş gözləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…