COP29

"Qurban Qurbanovu "Neftçi"dən qovan biz olmadıqmı?"

17 Avqust 20:00 Neftçi 10 923
"Qurban Qurbanovu "Neftçi"dən qovan biz olmadıqmı?"

"Neftçi"nin mövsümə ardıcıl iki bərabərliklə başlaması azarkeşlərin narazılığı ilə qarşılandı.

Hətta "Səbail"lə sonuncu oyunda bu məqam müdafiəçi Ervin Koffi ilə münaqişəyə kimi uzandı.

Amma hazırkı məqamda Roman Qriqorçuka dəstək lazım olduğunu düşünən "Neftçi"li fanatlar da az deyil.

Məsələn, Abbaslı Mənsum kimi.

O, Sportinfo.az-ın məktub qutusuna göndərdiyi mesajında azarkeşləri bir olmağa və ukraynalı mütəxəssisin uğurlu olacağına inanmağa səsləyib.

Aktiv "Neftçi" azarkeşinin məktubunu olduğu kimi sizlərə çatıdırıq:

"İlk öncə xahişimizi yer salmayıb mesajımızı tərəfdarlarımıza çatdırmağı rədd etməyib, isdəyimizi qəbul edən Sportinfo.az sayıtının kalektivinə təşəkkür edirəm.

Qarşıda "Sabah"la oyun var. İstəyimiz ancaq qələbədir. İkinci bir istək yoxdur. Bunu rəhbərlikdən tutmuş sıravi işci heyətinə kimi hər kəs başa düşür.

Amma məğlub olub və ya bərabərə də qala bilərik . O zaman kimsəni "balatalmaq", asıb-kəsmək lazım deyil.

Nəticədən asılı olmayaraq Roman Qirqarçuka dəstək verməliyik.

10 ildən artıqdır uğurlu ola bilmirik, ancaq səbr edib dözə bilmişik.

İndən sonra 1 və ya 2 il gözləyib, səbr etsək nə olacaq?

Adama şans vermək, yanında olmaq azımdır.

Nəticədən aslı olmayaraq uduzanda belə alqışlayıb meydandan yola salmaq lazımdır.

Bir yerdə dəstək olub, həvəslə işləmək başqa, qorxa-qorxa ürəksiz işləmək başqa.

Bunlar arasında yerlə göy qədər fərq var.

Komandanın uğursuzluğunda biz - başda özüm olmaqla azarkeşlərin də payı var.

Heç bir məşqçiyə 2 il vaxt verməyi bacara bilmədik.

Bir məşqçidən 1 ildə Çempionlar Liqasının qurupunu istəməklə əksinə çox şey itirmiş olduq.

Hər kəs bu gün haqlı olaraq "Qarabağ"ın uğurlarından danışır.

Bəs indi sual verirəm ki, Qurban Qurbanova neçə il vaxt verildi? Və ya Qurban Quranovu da "Neftçi"dən qovub yola salan biz olmadıqmı?

Nəysə, gələk mövzuya.

2008 ci ildən "Qarabağ"ın Qurbana verdiyi şansın nəticəsidir ki, 11 il ard-arda qrup oynayıb, çempionatda ağalıq edirlər.

"Zirə"nin bu büdcə ilə pley-offa gəlməsi boş deyil.

Rəşad Sadığova verilən 5 ilin bəhrəsidir.

Maraqlıdır biz Rəşada 5 il vaxt verərdik?

Hamımızın yerinə cavab verirəm "xeyir" - verməzdik.

Qirqorçuk bizi uğura apara bilər? Bəli, bilər .

Bəs biz nə etməliyik? Ona şans verib, rəhbərliklə bərabər yanında olmalıyıq .

Çox keçməz nəticə də olacaq.

Deyəcəksiz ki, bu heyətlə?

Heyət də birdən-birə yola salınmayacaq.

Hissə-hissə bizə uyğun olmayanlar yola salınacaq. Yerinə bizə uyğun futbolçular gələcək".

Ukraynalı istədiyi sistemi quracaq.

Ancaq və ancaq səbr və dəstəklə!".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…