COP29

"Neftçi"nin baş məşqçisi ona "özünə komanda tap tapşırığı" verdi - SON DƏQİQƏ

16 Avqust 13:00 Neftçi 5 444
"Neftçi"nin baş məşqçisi ona "özünə komanda tap tapşırığı" verdi - SON DƏQİQƏ

Ötən ilin yayında gözlənilmədən «Qarabağ»ı «Neftçi»yə dəyişən Qara Qarayev hazırda karyerasının yaxşı günlərini yaşamır.

Adrian Mutu və Miodraq Bojoviçin zamanında tez-tez əsas heyətdə görünən yarımmüdafiəçi Roman Qriqorçukun gəlişi ilə ehtiyat simaya çevrilib.

Yeni baş məşqçi Premyer Liqanın ilk iki turunda ona 1 dəqiqə də şans verməyib.

Millinin sabiq üzvü ilk turda «Turan Tovuz»la matçı (0:0) ehtiyat skamyadan izləmişdisə, «Səbail»lə qarşılaşmada (0) adı ümumiyyətlə, iştirak ərizəsinə daxil edilmədi.

Ukraynalı çalışdırıcı Qarayevə geniş oyun praktikası qazandırmaq fikrində deyil. O, bunu futbolçunun özünə də söyləyib.

Sabiq «Qəbələ»li Qaraya yeni komanda axtarmağı məsləhət görüb. Emin Mahmudova görə «Neftçi»yə gəlmiş dayaq yarımmüdafiəçisi hələlik qeyri-müəyyənlik içindədir.

Gedəcəyi yeri müəyyənləşdirməyə çalışır. Klub yönətimi də onun son cavabını gözləyir.

«Ağ-qaralar» illik maaşı 250 min manata yaxın olan Qarayevi sərbəst buraxmağa hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…