COP29

"Neftçi" bu dəqiqə ŞOKda! Qriqorçuk xəbərdarlıq etdi – Çıxıb gedəcəm

14 Avqust 2024 13:00 Neftçi 9 984
"Neftçi" bu dəqiqə ŞOKda! Qriqorçuk xəbərdarlıq etdi – Çıxıb gedəcəm

İyunda «Neftçi»nin sükanı arxasına keçən Roman Qriqorçuk tezliklə Azərbaycandan ayrıla bilər.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, baş məşqçi buradan gedəcəyi ilə bağlı rəsmilərə mesaj verib.

«Ağ-qaralar»la 2 illik kontrakt bağlamış ukraynalı klub ətrafında cərəyan eləyən proses və hadisələrdən şoka düşüb.

Vaxtilə «Qəbələ»də işləmiş Qriqorçuk bildirib ki, o, artıq rahatlığını itirib və vəziyyətin düzələcəyinə inamı azalmağa başlayıb.

Qəti şəkildə söyləyib ki, fanatlar komandaya təzyiqi dayandırmasa, müqaviləni birtərəfli qaydada pozacaq və ölkəsinə qayıdacaq.

Bu şərtin arxasında azarkeşlərə qəzəb dayanır. Premyer Liqanın ikinci turu çərçivəsində «Səbail»lə keçirilən matçdan (1:1) sonra baş verən hadisə ukraynalı mütəxəssisin ciddi narazılığına səbəb olub.

Belə ki, fanatların Emin Mahmudovun əvəzlənməsini tələb etməsi, Ervin Koffinin təhqir olunması çalışdırıcını özündən çıxarıb.

O, bu məqsədlə klub rəsmiləri ilə ayaqüstü toplantı keçirib.

Qriqorçuk fanatlarla bağlı tədbir görülməsini tələb edib. Bildirib ki, komandanın əleyhinə kampaniya aparılır.

Həmin görüşdə iştirak eləyən funksionerlərdən biri isə «Müşahidə Şurasından bizə deyilib ki, azarkeşlərlə heç kimi nişi olmasın, onlara nəsə deməsin» söyləyib.

Aldığı cavab Qriqorçuku təəccübləndirib. Çalışdırıcının reaksiyası kəskin olub:

«Bu klubun neçə rəhbəri var? Məni onlarla görüşdürün, sözümü deyim. Belə klub idarə olunmaz».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti