Azərbaycan Premyer Liqasının ikinci turunda keçirilən “Neftçi” “Səbail” oyunundan sonra xoşagəlməz hal yaşanıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonra “Neftçi” fransalı legioneri Ervin Koffinin öz azarkeşləri ilə qarşıdurması baş verib.
Belə ki, uğursuz nəticəyə etiraz edən azarkeşlər futbolçulara iradlarını bildirərkən, Ervin Koffi oradan uzaqlaşmaq istəyib.
Azarkeşlər oyunçunun bu davranışına etiraz edincə Koffi onlara butulka atıb.