COP29

"Neftçi"nin QƏBAHƏTİ

15 Avqust 21:00 Neftçi 1 878
"Neftçi"nin QƏBAHƏTİ

"Neftçi" yeni mövsümə uğursuz start verib.

Arxada qalan 2 turda "ağ qaralar" aktivinə cəmi 2 xal yazdırıb.

Oynadığı rəqiblər isə nə "Qarabağ" olub, nə də "Sabah". Heç "Zirə" və "Sumqayıt" da deyil.

Biri "Turan Tovuz", digəri də "Səbail".

Hansısa klubu aşağılamaq fikrim yoxdur. Amma heyətlərin, büdcələrin müqayisəsində "Səbail"in bu gün hansı yerdə olduğunu hamımız yaxşı bilirik.

Yay fasiləsində Şahin Diniyev 4-5 min dollarlıq legioner axtarandan Qriqorçuk aylıq maaşı 50 min dolları ötən Ramil Şeydayevlə Rinat Dadaşovdan hansının transfer edilməsi ilə bağlı seçim edirdi.

Heç Bayıl təmsilçisi ilə bərabərlik də eyib deyil.

Bu futboldur. Burada elə senssasiyalara şahidlik etmişik ki...

"Barselona" "Rubin"ə, "Real Madrid" "Şerif"ə uduza bilirsə, "Neftçi" də "Səbail"lə bərabərə niyə qalmasın?

Problem nəticədə yox, ortaya qoyulan oyundadır.

Son illər "Neftçi"də düzgün baş məşqçi təyinatının olmaması çox qabardılırdı.

Roman Qriqorçuk gələndə hər kəs ümidlənmişdə.

Vəssalam, problemlər arxada qalacaq.

Amma heç nə ötənilkindən fərqlənmir.

Meydanda nə etmək istədiyini bilməyən "Neftçi" görürük.

Baxımlı hücum yox, sürətli əks-hücum yox, normal pressinq yox. Bilinmir ki, baş məşqçi Bojoviçdi, yoxsa Qriqorçuk.

Yəni qarşımızda o qədər monoton "Nefçi" var.

Hansını deyək, hansından danışaq?

Milyonların xərcləndiyi "Neftçi" bu olmalı deyil axı.

Futbolçuların rahatlığı üçün lazım olan bütün şəraitin yaradıldığı "Neftçi" bu olmalı deyil.

Elə azarkeşləri də üzən budur.

Təkcə nəticə pis olsaydı, ümid edərdilər ki, yaxşı oyun onu da tezliklə gətirəcək.

Ən ağırı odur ki, yaxşı gələcək üçün "Neftçi" heç bir ümid vermir.

Tüneldə işıq görünmür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…