COP29

"Neftçi"yə aid BƏDGÜMANım

11 Avqust 2024 22:30 Neftçi 1 782
"Neftçi"yə aid BƏDGÜMANım

Roman Qriqorçukun bir neçə illik aradan sonra Azərbaycana qayıdışı ən çox «Neftçi» tərəfdarını sevindirdi.

Çünki ukraynalı məhz onların sevimli komandalarının sükanı arxasına keçdi. Adrian Mutu və Miodraq Bojoviçlə yaşadığı biabırçılıqdan cana doymuş azarkeş «Qəbələ»dən tanıdığı Qriqorçukun «Neftçi»yə də uğur qazandıracağına əmin idi.

Keçmş zamanda danışmaq istəmirəm, amma hələ ki, bunu deməliyəm. Qriqorçuk yolun başındadır, cəmi 2 rəsmi oyun keçirib.

Gəl ki, Premyer Liqanın ilk iki həftəsinjdə əldə olunan 2 xal, vurulan 1 qol sabahkı gün üçün ümidverici proqnoz irəli sürmək tərəddüdündə buraxır insanı.

Oyun nikbinlik yaratmır ey! Düzdür, Qriqorçuk gələndən meydandakı dinamika bir az sürətlənib, məzmun/üslub isə yenə qəhətə çəkilib.

Başdan sona fikir verirsən, futbolçularla baş məşqçi arasında uçurumdan savayı heç nə hiss eləmirsən.

Sezdiyin yalnız budur - Qriqorçuk ortalığa nəsə çıxarmaq istəyir, ancaq bilmir ki, bunu kimlə etsin, necə etsin.

Onda Emin Mahmudov qorxusu var sanki. Kapitanı ehtiyat skamyada əyləşdirməyə çəkinir.

İçindəki təlaş baş məşqçinin fikrini qarışdırıb. Ehtiyat edir ki, birdən mən Emini kənara çəkərəm, komandada aləm dəyər bir-birinə.

Amma Eminlə də olmur. Vallah, olmur! Emin komandanı tonusdan salır.

Cərimə zərbəsi yerinə yetğirməkdən, standart vəziyyətdən asma etməkdən bir qeyri nə iləsə yadda qalmadı dünən.

Ramil Şeydayev də ağırdır, cərimə meydançasına daxil olmağa gücü çatmır. Nə Emin hazırdır, nə də o.

Qriqorçuk da Boqomolskini əsas heyətdə görürsə, belaruslu da öz növbəsində azsaylı qol epizodlarını boşa verirsə, «Neftçi»nin çempionluq xəyalı qurması gülünc olar.

Niyə gizlədim, irəlidə ötən illərdən fərqli bir tablo ilə qarşılaşacağımıza gümanım Bayılda azaldı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti