COP29

"Neftçi"nin anonsunu etdiyi futbolçunun kimliyi "Sportinfo"da

30 İyul 18:00 Neftçi 2 675
"Neftçi"nin anonsunu etdiyi futbolçunun kimliyi "Sportinfo"da

"Neftçi" sosial şəbəkələrdəki rəsmi hesablarından yeni transferin anonsunu edib.

Tezliklə gəlir başlığı seçilmiş video anonsda ip ucu kimi "Sürət, driblinq, dəqiqlik və zərbə" sözləri yer alıb.

Sportinfo.az-a artıq həmin futbolçunun kimliyi məlum olub

O, "ağ qaralar"ın bir müddətdir danışıq apardığı “Çernomorets”in ukraynalı cinah oyunçusu Andrey Ştoqrindir.

Yaxın saatlarda 25 yaşlı ukraynalı yarımmüdafiəçinin transferi rəsmən elan ediləcək.

"Odessa"nın yetirməsi 2016-cı ildən "Çernomorets"də çıxış edir.

2021-2024-cü illər aralığında burada Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

Ştoqrin ötən mövsüm forma geyindiyi 30 matçda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ukraynalı həm sağ, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacarır.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti