COP29

“Neftçi” bu transfer üçün təzminat ödəməli olacaq

29 İyul 00:30 Neftçi 5 280
“Neftçi” bu transfer üçün təzminat ödəməli olacaq

“Neftçi” “Styaua”nın müdafiəçisi Siyabonqa Nqezananın transferində önəmli məsafə qət edib.

Sportinfo.az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, bu ölkənin milli komandasının futbolçusu keçidə razılıq verib.

27 yaşlı ucaboy oyunçu ilə uzun sürən danışıqların müsbət yekunlaşdığı bildirilir. İndi qalır “Styaua” ilə ortaq məxrəcə gəlmək.

Nqezananın Rumıniya klubu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olduğundan, Bakı klubu onun transferi üçün təzminat ödəməli olacaq.

Nqezana ötən ilin yayında “Styaua”ya ölkəsinin “Kayzer Çifs” klubundan 600 min avroya keçib. “Neftçi” maliyyə məsələsində rumınları razı salmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti