COP29

"Neftçi" Rumıniya klubunun müdafiəçisini alırmı? - AÇIQLAMA

27 İyul 22:40 Neftçi 1 685
"Neftçi" Rumıniya klubunun müdafiəçisini alırmı? - AÇIQLAMA

Rumıniya mətbuatı "Neftçi"nin FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə maraqlandığı, onun məxsus olduğu klubun isə 7 milyon avro tələb etdiyini yazmışdı.

CAR millisinin üzvünün "Neftçi"yə keçib-keçməyəcəyi isə hələ ki, bəlli deyil.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı futbolçunun rumıniyalı meneceri Florin Vulturar sportal.az-a açıqlama verib.

Rummıniyalı futbol adamı Siyabonqa üçün "Neftçi"nin FKSB klubuna dən təklif almadıqlarını deyib:

"Bu cür xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Siyabonqanın hazırda komandasını ayrılmasından söhbət gedə bilməz.

O, komandasının heyətində avrokuboklara hazırlığını davam etdirir. “Neftçi”dən isə təklif yoxdur".

CAR millisinin üzvü 2023-cü il iyulun 1-də "Kayzer Çifs"dən FKSB klubuna keçib. 27 yaşlı futbolçunun Rumıniya nəhəngi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...