COP29

“Neftçi” bu mövsüm 22 qol vuran ispaniyalı hücumçuya təklif göndərib?

27 İyul 14:20 Neftçi 4 884
“Neftçi” bu mövsüm 22 qol vuran ispaniyalı hücumçuya təklif göndərib?

"Neftçi" hücum xəttini daha bir legioner ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Anxel Rodado üçün Krakov "Visla"sına təklif göndəriblər.

Bu barədə Polşanın "Transfery.info" portalı məlumat yayıb.

"Visla"nın ilkin təklifi qəbul etməyəcəyi təqdirdə belə, Azərbaycan təmsilçisinin ispaniyalı futbolçu uğrunda mübarizədən qopmayacağı və daha yaxşı şərtlər irəli sürəcəyi gözlənilir.

Anxel Rodado ötən mövsüm 30 matçda vurduğu 22 qolla Polşa 1-ci Liqasının ən yaxşı bombardiri olub. 27 yaşlı forvard "Lex" (Poznan) və İtaliya klublarının maraq dairəsinə düşüb.

Amma hələlik "Visla"nı və futbolçunun özünü qane edən təklif gəlməyib. Rodadonun hazırkı klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

"Visla"nın avrokuboklarda iştirakı hücumçunun gələcək karyerasına təsir göstərə bilər. O, cari mövsümdə Avropa Liqasında artıq 2 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti