COP29

"Neftçi"dən gələn təklif ürəyincə olmadı, o, vəzifəsində qaldı

24 İyul 10:40 Neftçi 1 959
"Neftçi"dən gələn təklif ürəyincə olmadı, o, vəzifəsində qaldı

Vaxtilə «Qəbələ»ni çalışdıran, həmçinin «Qarabağ»da Qurban Qurbanovun köməkçisi işləyən Fatih Kavlakın Azərbaycana üçüncü səfəri baş tutmayıb.

Mayda «Hatayspor»a qayıdan funksioner «Neftçi»nin təklifini qəbul etməyib.

Super Liqa klubunda idman direktoru postunu tutan idarəçi «ağ-qaralar»ın futbol akademiyasının başına keçməyi özünə rəva görməyib.

Vəziyyəti belə görən bakılılar Cemal Bülbüllə yoluna davam eləmək məcburiyyətində qalıb. Halbuki 2 il öncə burada işə başlayan mütəxəssisin müqaviləsinin uzadılmaması qərarlaşdırılmışdı.

Yeni rəhbərlik keçmiş prezident Kamran Quliyevin dövründə görəvə gətirilən Bülbülün fəaliyyətindən narazı qaldığından, hələ 2 ay öncə axtarışa başlamışdı.

İndi isə bilinən budur - irəlidə başqa namizəd ortalığa çıxmasa, o, minimum daha 1 il «Neftçi»də çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?